"ATLANT" İSTİRAHƏT MƏRKƏZİ DÖVLƏTƏ QARŞI: QAPALI MƏKANDA MİNLƏRLƏ İNSAN QAYDALARI POZDU (ÖZƏL+VİDEO)

OXUNUB: 295 Özəl ŞOU-BİZNES HADİSƏ
7NEWS.az xəbər verir ki, 3 iyun tarixində Nabranda yerləşən "Atlant" istirahət və əyləncə mərkəzində min nəfərə yaxın şəxsin iştirakı ilə diskoteka keçirilib.
Qapalı məkanda reallaşan diskotekada Nazirlər Kabineti tərəfindən qəbul edilən karantin qayadalarının bütün şərtləri kobudcasına pozulub. Gecənin əsas qonağı, reper Ramil Nabran özü də qapalı məkanda hərəkət edərək, zalı coşdurub.
Məlumata görə konsert başlayanda bir neçə dəqiqəlik karantin qaydalarına əməl olunub, lakin Ramil Nabran səhnəyə daxil olandan sonra nəzarət tamamilə itirilib və minlərlə insan sosial məsafə, maska və digər tələblərə məhəl qoymayıblar. İstirahət mərkəzində polis əməkdaşları olsa da, qanun pozuntusuna müdaxilə olunmayıb. 
7NEWS.az olaraq Daxili İşlər Nazirliyinə sorğu göndərəcək, cavab almağa çalışacağıq. 
Mövzunu diqqətdə saxlayacağıq.

RƏYLƏR