Çayın ortasında iki gün köməksiz qalan qadın bu gün xilas edildi

OXUNUB: 719 SOSİAL
Lənkəranda çayın ortasında köməksiz vəziyyətdə qalan qadın xilas edilib.

İcmal.Az xəbər verir ki, Lənkəran çayının daşması nəticəsində Rvo kəndindəki evlərdən birinin bir hissəsini su yuyaraq aparıb.
Ev sahibi orada yaşamadığından evə nəzarət edən Rvo kənd sakini, 1978-ci il təvəllüdlü Təranə Balaş qızı Muxtarova orada köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc axtarış qrupu göndərilib. İki gün köməksiz vəziyyətdə qalan T. Muxtarova xilas edilib. /apa
 
 
İcmal.Az

RƏYLƏR