“Azərbaycan”, "BAKI", “Abşeron” adını brendləşdirərək Avropaya "daşıyan" iş adamını siz də tanıyın - TƏFƏRRÜAT

OXUNUB: 1221 MARAQLI İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, Azərbaycandan Avstriyaya 19 il əvvəl gələrək biznes quran iş adamı Rauf Kamil ölkəmizi Avropada şərəflə təqdim etməkdədir. Bakıda tarix müəllimi işləyən R.Kamil 1999-cu ildən ailəsi ilə birlikdə Avstriyada yaşayır. Rauf Kamil doğma diyardan uzaq yaşasa da "BAKI” adını brendləşdirməklə Avstriyanın ən kübar tədbirlərinə, restoranlarına şərab satışını təşkil edir: "O vaxt elə bir vəziyyət idi ki, hamı ölkədən çıxırdı, hamı harasa gedirdi. Mən də birdən-birə beynimə saldım ki, gedib bir Avstryanı görüm. Əvvəlcə özüm gəldim, xoşum gəldi ölkədən, sonra gedib ailəmi də gətirdim. Gəldiyim gündən burdakı ərzaq mallarının satışı üzrə firmamı idarə edirəm. Burada şərabçılıq və spirt çəkmək üzrə təşkil olunmuş kurslara getdim. Ümumiyyətlə hər iki sahə üzrə əvvəldən yaxşı təməl biliyim vardı. Mən əslən İrəvandanam. Ondan sonra getdim sənədlərimi lazımı yerə təqdim etdim və istehsal üzrə öz lisenziyamı aldım. Elə həmin vaxtdan – 2009-cu ildən bəri həm şərab istehsal edirəm, hələ ki böyük miqdar deyil, amma əsas böyük miqdarda araq və konyak istehsalı ilə məşğulam. İstehsal müəssisəmiz Mödlinq şəhərindədir. Vyanadan təxminən 25 km uzaqlıqda yerləşir. Avadanlıqlarımız iman verir ki, gündəlik 1000-1200 şüşə araq istehsal edək. Amma çaxır istehsalında illik cəmisi 5000 şüşədir istehsalımız. Cəmisi 3 hektar üzüm sahəm var. Məndə əsasən qruniveltina ilə qlafirenth növdür. Bu növlər Avstriyanın torpağına uyğundur. "Azərbaycan” şərabını qlafirenth növdən çəkmişəm. Qruniveltinadan da "Abşeron” şərabını çəkirəm. Araq markamızın adı "Bakı”dır. Taxıldan çəkirik, taxılı isə özümüz əkmirik, alırıq. Mən bu arağın keyfiyyətinə görə, 2016-cı ildə İngiltərədə qızıl medal almışam. Danimarkadan isə 2 qızıl medal almışam. Bu günkü məqsədim odur ki, Bakı arağını burda daha çox tanıdım. ”

7NEWS.az




RƏYLƏR