Azərbaycanda çimərlik mövsümü başa çatdı

OXUNUB: 761 SOSİAL

Bu gün rəsmi şəkildə Azərbaycanda çimərlik mövsümü başa çatır.

İcmal.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov Modern.az-a məlumat verib: "İyunun 15-dən sentyabrın 14-dək boğulma təhlükəsi ilə üzləşən 193 nəfər xilas edilib. Xilas edilənlərdən 61 nəfəri qeyri-çimərlik ərazilərində, 132 nəfəri xidmətin nəzarətindəki ərazilərdə olub. Hansı ki, xilasedicilər və xilasedici texniki avadanlıqlarla təchiz edilib”.

E.Həsənov qeyd edib ki, xilas müddətində əməkdaşların xəsarət alması faktı qeydə alınıb.

İcmal.Az

RƏYLƏR