Azərbaycan əhalisi öz sağlamlığına getdikcə daha çox diqqət ayırmağa başlayıb. Nəticədə müxtəlif tibbi xidmətlər üçün xəstəxana və klinikalara müraciətlər də hər il artmaqdadır. Müraciətlərin böyük hissəsi müxtəlif analizlərlə bağlıdır. Nəticədə Bakıda fəaliyyət göstərən klinikaların da sayı artmaqdadır.
Təkliflərin geniş olması bəzən müştərilərə ən sərfəli variantı seçməyə çətinlik yaradır.
İCMAL.azəhali üçün əhəmiyyətini nəzərə alaraq Bakının bir sıra tibb mərkəzləri və klinikalarında müayinə qiymətlərini araşdırıb. Siyahıda adları qeyd olunan tibb müəssisələri ilə yanaşı sorğunu cavablandırmaq istəməyənlər də olub.
Qiymətləri açıqlayan klinikaların ödənişlərini təqdim edirik. Adları siyahıda olmayan klinikalar da qiymətlərini göstərmək üçün müraciət edə bilərlər.
|
Qanın ümumi analizi |
USM (ümumi) |
USM (ginekoloji) |
Mərkəzi Neftçilər xəstəxanası |
13 manat |
40 manat |
20 manat 40 manat |
Leyla Şıxlınskayanın Klinikası |
8 manat |
60 manat |
30 manat |
Qrand Hospital |
12 manat |
40 manat |
20 manat |
StarLAB TibbMərkəzi |
8 manat |
25 manat |
20 manat |
Avrasiya Klinikası |
12 manat |
38 manat |
30 manat |
"Ankara” Tibb Mərkəzi |
10 manat |
45 manat |
30 manat |
Diaqnoz Tibb Mərkəzi
|
10 manat |
35 manat |
50 manat |
Mərkəzi Gömrük Hospitalı |
24 manat |
45 manat |
35 manat |
"HB” (Güvən) Klinikası |
10 manat |
50 manat |
30 manat |
"Sağlam ailə” Tibb Mərkəzi |
15 manat |
29 manat |
29 manat |
"Şəfa” Tibbi Diaqnostika Mərkəzi |
19 |
-- |
47 manat |
Oksigen Klinikası |
8 manat |
50 manat |
50 manat |
Medera Hospital |
10 manat |
50 manat |
40 manat |
Respublika Müalicə Diaqnostika Mərkəzi |
16 manat |
40 manat |
32 manat |
Bioloji Təbabət Klinikası
|
12 manat |
50 manat
|
55 manat |
N.Tusi adına klinika |
15 manat |
55 manat |
35 manat |
Mövzunu diqqətdə saxlayacağıq
İCMAL.az