Azərbaycanda “Qırmızı kitab”a düşən ağaclar məhv olma təhlükəsi ilə üzləşib – FOTO

OXUNUB: 1190 SOSİAL

Cənub bölgəsində "Qırmızı kitab”a düşən nadir şümşad ağacları yenidən gəmiricilərin hücumuna məruz qalıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika bitki mühafizə mərkəzi gəmiricilərlə mübarizəyə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika bitki mühafizə mərkəzinin rəisi Damət Sultanov açıqlamasında bildirib ki, Masallı, Lənkəran, Astara və Lerik rayonlarında 1150 hektar ərazidə gəmiricilərlə mübarizə aparılacaq. Fitosanitar Nəzarəti xidmətinin əməkdaşları  İtaliya istehsalı olan "Stail” tipli çiləyici aqreqatdan istifadə edərək kimyəvi tədbirlər görür. Artıq Astarada 56 hektar, Lənkəranda 23 hektar ərazidə müvafiq tədbirlər görülüb.

Zərərvericilərin tırtıllarından nümunələr götürülüb və  xüsusi laboratoriya şəraitdə yoxlanılıb. Müəyyən edilib ki, zərərvericinin birinci nəslinin iki, üç yaş dövrü var.

Qeyd edək ki, keçən il də şümşad ağaclarının kütləvi şəkildə quruması müşahidə olunub./apa

İcmal.Az

 

RƏYLƏR