"Azersun Holding" Azərbaycan dərman bazarında 20-30% paya sahib olmaq niyyətindədir

OXUNUB: 180 MƏDƏNİYYƏT AZƏRBAYCAN DÜNYA GÜNDƏM

Bakı. 29 aprel. / "İnşasına başladığımız dərman zavodunu 2018-ci ildə istismara verməyi planlaşdırırıq". "Report" xəbər verir ki, bunu layihənin icraçısı olan "Azersun Holding"ın baş icraçı direktoru Savaş Uzan deyib.

S.Uzanın sözlərinə görə, Azərbaycanda yerli əczaçılıq zavodlarının olması ölkənin dərmana olan tələbatının ödənilmə səviyyəsini artıracaq: "Bizim inşa etdiyimiz müəssisə ilə yanaşı daha iki dərman zavodu da tikilir. Həmçinin, idxal da olacaq. Biz bazarın 20-30%-nə sahib olmağı düşünürük".

"Azersun" rəsmisi, həmçinin "Interglass" şirkəti ilə də anlaşdıqlarını və artıq qablaşdırma ilə bağlı sifarişin verildiyini deyib.

RƏYLƏR