Bakıda 19 marşrutda gedişhaqqı kartla ödənilir

OXUNUB: 618 SOSİAL

Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarının 30 faizi kart sisteminə keçib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda Bakıda 19 marşrutda gedişhaqqı yalnız kartla ödənilir: "19 marşrut üzrə 478 sərnişin avtobusu kart sisteminə keçib. Həmin marşrutlardan 18-i müntəzəm marşrutdur. 1 marşrut xətti isə Bakı Hava Limanı üzrə hərəkət edən Express marşrutdur".

M.Ağayev bildirir ki, Bakı Nəqliyyat Agentliyi digər marşrutların da kart sisteminə keçirilməsi üçün danışıqları davam etdirir.

 

İcmal.Az

RƏYLƏR