Bakıda ağacları yandırıblar

OXUNUB: 545 SOSİAL

Nəsimi rayonu, 20 Yanvar küçəsində yaşıllıq ərazidə ağacların yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub.

Nazirlikdən İcmal.Az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı 1.5 sot yaşıllıq ərazidə dörd şam ağacının yanaraq quruma təhlükəsi qarşısında qaldığı məlum olub.

Faktla bağla akt tərtib edilib, qanun pozucusunun müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət edilib.

 

İcmal.Az

RƏYLƏR