Bakıda iki zenit top mərmisi tapılıb – FOTO

OXUNUB: 825 SOSİAL

Noyabrın 27-si, saat 22:08-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə  (ANAMA) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 10 ünvanında 2 ədəd partlamamış hərbi sursatın olunması barədə məlumat daxil olub.

ANAMA-dan İcmal.Az-a daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Daxili İşlər Nazirliyinin nümayəndələri dərhal həmin əraziyə göndərilib.

Agentliyin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin  və Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birlikdə həmin ərazidə avtopark ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 2 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar edilib, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib,  bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

İcmal.Az

RƏYLƏR