Bakıda "Lada” avtomobili maneəyə çırpılıb, xəsarət alan var

OXUNUB: 1225 GÜNDƏM Özəl İQTİSADİYYAT

Bakı. 27 aprel. / Bakıda "Lada” avtomobili maneəyə çırpılıb.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Nazirliyin məlumatına görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Lada” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:49-da başa çatıb. 

RƏYLƏR