Bakıda məktəblini vuran motosiklet sürücüsü onu yaralı vəziyyətdə qoyaraq qaçıb

OXUNUB: 604 SOSİAL

Bakının Nəsimi rayonunda məktəblini motosiklet vuraraq qaçıb.

Hadisə 13 yaşlı Hüseynov Kənan Elçin oğlu Puşkin küçəsində yolu keçmək istəyən zaman baş verib.

Hadisəyə yüksək sürət səbəb olub. Adı hələlik məlum olmayan sürücü xəsarət alan piyadanı hadisə yerində qoyaraq qaçıb. Ətrafdakıların köməkliyi ilə yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlər yeniyetmənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Polisdən verilən məlumata görə, K.Hüseynov orta məktəb şagirdidir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb./report

 

İcmal.Az

RƏYLƏR