Bakıda ruhi əsəb dispanserində ölüm faktı qeydə alınıb.
Hadisə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində baş verib.
Belə ki, dispanserdə müalicə olunan 1961-ci il təvəllüdlü Abdullayev Etibar Kamil oğlu dünyasını dəyişib. Onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
E.Abdullayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./report
İcmal.Az