Bakıda sürücü yolda təhlükəli vəziyyət yaratdı – VİDEO

OXUNUB: 558 SOSİAL

"Dərnəgül yolu” kimi tanınan Rövşən Cəfərov (körpüdə) küçəsində avtomobili nasaz olan sürücü təhlükəli vəziyyət yaradıb.

Səhər saatlarında Rövşən Cəfərov küçəsində hərəkət edən "VAZ-2106” markalı avtomobildə nasazlıq yaranıb.

Avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun sol zolağında saxlamağa qərar verib. Yolun hərəkət hissəsində avtomobil saxlayan sürücü və sərnişinləri avtomobili təmir etməyə çalışıblar. Yolda təhlükəli vəziyyət yaradan sürücü qəza-dayanma nişanı qoymayıb.

Qeyd edək ki, hadisəni lentə alan sürücü sükan arxasında çəkiliş apararaq yol qaydalarını pozub./oxu

İcmal.Az

RƏYLƏR