Bakıda valideynlər uşaqlarını məktəbə buraxmır? - RƏSMİ AÇIQLAMA

OXUNUB: 738 SOSİAL

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 14 saylı tam orta məktəbdə 3ç sinif şagirdlərinin valideynlərinin övladlarını məktəbə buraxmaması ilə bağlı yayılan məlumata aydınlıq gətirib

"14 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, rus bölməsinin 3e sinif şagirdi Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun davranışı ilə bağlı problem yaranıb. Məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3ç sinfində oxumasına narazılıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq məsələ həllini tapmayıb. 27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıb. Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun valideynləri onların övladlarına və özlərinə qarşı olan münasibətlərə görə polis bölməsinə müraciət ediblər. 3ç sinfinin digər valideynləri də bu məsələnin araşdırılaraq həll edilməsini istəyirlər.
Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, valideynlərlə görüşüb, məsələni birgə müzakirə ediblər. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub./publika

İcmal.Az

RƏYLƏR