Nərimanov rayonunda bir nəfərin ölümünə səbəb olan qəza baş verib.
Hadisə Heydər Əliyev prospektində baş verib.
1978-ci il təvəllüdlü Əlizamin Ağayev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya apararkən o yolda dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin üzərində baş verib./report
İcmal.Az