Bakının yağış-kanalizasiya sistemi yenidən qurulacaq

OXUNUB: 938 SOSİAL
Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yaradılan işçi qrupu fəaliyyətə başlayıb.


İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, işçi qrupunun üzvü Abid Şərifov deyib.

Onun sözlərinə görə, artıq işçi qrupunun iclası keçirilib: "Cəmi 14 layihə var. Hələlik 12 layihənin icrasına başlanılıb. Həmin layihələrə 14 milyon 200 min manat ayrılıb. Layihələr Bakı şəhərinin bütün ərazisini əhatə edəcək". 
 
İcmal.Az

RƏYLƏR