Bank rəhbərlərinə ödənilən bonuslar - «AFB Bank», «Azər Türk Bank» və «Günay Bank» kənarda qaldılar

OXUNUB: 1067 BANK

Azərbaycanda fəaliyyət göstərən bankların rəhbər heyətinə daxil olan şəxslər 2019-cu ildə çalışdıqları banklardan ümumilikdə 64 milyon manata yaxın məbləğdə bonus və digər birdəfəlik ödənişlər alıblar.

FED.az ölkə banklarında ödənilən bonusların məbləğlərini təqdim edir. 

 

Qeyd edək ki, cədvəldə göstərilən məbləğlər bəzi hallarda bank rəhbərliyinə ödənilən bonusları, bir sıra banklarda isə yalnız əmək haqlarını əks etdirir.

Məsələn, FED.az-ın araşdırmasına əsasən, 2019-cu ilin nəticələri üzrə «AFB Bank», «Azər Türk Bank» və «Günay Bank»da bank rəhbərliyinə bonus ödənilməyib. Bəzi banklarda isə göstəricilər eyni zamanda həm bonus, həm də maaaşın birgə məbləğidir.

Amma müxtəlif banklar hesabatlarında bu rəqəmləri fərqli şəkildə göstəriblər. Təqdim edilən cədvəldə «Azər Türk Bank» və «Günay Bank»ın göstəriciləri yalnız bank rəhbərliyinin əmək haqqını göstərir. 

Qeyd edək ki, bonuslar bankların maliyyə fəaliyyətinin nəticələrinə uyğun olaraq verilir və banklarda Müşahidə Şurası, İdarə Heyəti üzvlərini və bəzi banklarda departament direktorlarını da əhatə edir. 

RƏYLƏR