"BMT iradə göstərsə, işğal altındakı torpaqlar azad olar" - Prezident köməkçisi

OXUNUB: 1066 index-manşet SİYASƏT

"BMT Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnamə çıxarıb. Amma Ermənistanın öz yanaşması var və onu BMT Təhlükəsizlik Şurasında dəstəkləyən ölkələr var".

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qütbləşmə dövründə inklüziv dialoq" mövzusunda panel sessiyada sualları cavablandırarkən deyib.

O qeyd edib ki, himayədarları Ermənistana qarşı vaxtında sanksiyaların tətbiq olunmasına imkan vermirlər: "BMT verdiyi sanksiyanın bir gündə həyata keçirilməsi üçün ortaya iradə qoysa, işğal altındakı torpaqlar azad olar".

 İcmal.Az


RƏYLƏR