Dənizdə batan balıqçılar xilas edildi

OXUNUB: 887 SOSİAL
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Xəzərdə batan iki nəfər balıqçını xilas edib.


DSX-nın Mətbuat Mərkəzindən İcmal.Az-a verilən məlumatda deyilir ki, iyunun 29-da, saat 13:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisitərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizəçıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib. 

Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar - Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və 1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunublar.

Xilas edilən balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.
 
İcmal.Az

RƏYLƏR