Deputat Qazıqumlaq kəndində seçicilərlə görüşdü

OXUNUB: 342 SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 23 fevral 2022-ci il tarixdə saat 14:00-dan 18:00-a qədər Ucar rayon Qazıqumlaq kənd Mədəniyyət evində Qazıqumlaq, Məlikballı, Qaradağlı, Çiyni kəndlərindən olan seçiciləri qəbul edib.

Seçiciləri qəbul etməmişdən öncə millət vəkili Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Qazıqumlaq kəndində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsinə ucaldılmış abidələri ziyarət edib, önlərinə çiçəklər qoyub. Daha sonra Qazıqumlaq kəndinin mərkəzində Şəhidlərin əziz xatirəsinə yaradılmış abidə kompleksi  ziyarət edilib və əziz ruhlarına dualar oxunub. 

Deputat müxtəlif kəndlərdən qəbula yazılmış seçicilərin hər birinin arzu və istəklərini, eyni zamanda qaldırmış olduqları problemlərini, vətəndaşların hər bir təklif və tələbini diqqətlə dinləyib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub. Görüşdə bir qisim seçici artıq həllini tapmış məsələlərlə bağlı millət vəkilinə dərin təşəkkürlərini ifadə ediblər. 

Görüş zamanı qaldırılan məsələlərin içərisində ən çox şikayətlər kəsilmiş əlillik pensiyalarının bərpası, kənd örüş torpaqlarının geri qaytarılması, şirə kanallarının qazılmasına köməklik, kənd arxlarında su çatışmamazlığı, sahibkarlıq məqsədilə torpaq sahələrinin ayrılmasına dəstək, işsizlik, sosial problemlərin həlli, o cümlədən hüquqi məsələlərlə bağlı olub.  Qaldırılan problemlər deputat tərəfindən dinlənildikdən sonra lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilmişdir.
No description available.
No description available.
No description available.

RƏYLƏR