DİQQƏT! 'Makromart' supermarketlər şəbəkəsində təhlükəli ərzaq həyacanı

OXUNUB: 3351 Seçilmiş Önəmli Özəl İQTİSADİYYAT TƏHLİL

Azərbaycanın supermarket pərakəndəsi isti havalar səbəbindən yavaş-yavaş əriməyə başlayıb. Kimi dözə bilməyib mağazasın bağlayıb tətilə çıxıb, kimi də son nəfəsini verir, kimi isə ümidlə yeni bir küləyin əsəcəyini gözləyir. Bəziləri üçün isə hava elə belə xoşdu! Günü-gündən artan qiymət siyasəti, çeşid azlığı və keyfiyyətin düşməsi heçdə istehlakçıya pozitiv düşüncə və normal yaşam vəd etmir.

İCMAL.az xəbər verir ki, "Makromart”supermarketləri şəbəkəsi ilə bağlı sosial mediada ilginc məlumat yayılıb. Ölkənin tanınmış media kapitanı Məmməd Gülməmmədov sözügedən marketlər şəbəkəsi ilə bağlı tənqidi şərh paylaşıb. Şərhi olduğu kimi təqdim edirik: "Bu gün "Makromart" supermarketindən 2 kq şaftalı aldım. Evə gələndə gördüm ki, yarısı çürükdür. Bildim ki, qaytarsam bunlara sübut edə bilməyəcəm. Ona görə supermarketə gedib ikinci dəfə dedim ki, 1 kq şaftalı çəksin. Özüm də kənardan müşahidə edirəm, görürəm ki, araya salıb 2-3 dənə çürüyünü də əlavə etdi. Paketi alıb dedim ki, mağazanın müdriyyətini çağırın. Bir nəfər gəlib özünü administrator kimi təqdim etdi. Məsələni ona izah edib dedim ki, bu qiymətə meyvə satırsız, həm də xarab məhsulu müştəriyə verirsiz. Yarım saat öncə də 2 kq aldım, onun da yarısı çürükdür. Mənə deməyindən belə çıxdı ki, əcəb edirlər. Mən də istehlakçı hüququmdan istifadə edib deyirəm ki, belə yekabaşlıq edənlərə ən gözəl cavab boykotdur. Bunları şikayət edəndə şikayət etdiyin quruma 3-5 manat verib məsələni bağlayırlar. Məhz bu səbəblərə görə mən bu gündən bu mağazanı boykot edirəm.”

Məlumat üçün qeyd edək ki, "Makromart”supermarketləri şəbəkəsi ilə bağlı neqativ xəbərlər bundan öncə də mediada tirajlanmışdır. Məlumatlarda qeyd olunurdu ki, "Makromart”supermarketləri şəbəkəsində müştərilər kassa maxinasiyasına məruz qalırlar. Belə ki, kassa aparıtnda olan qiymətlə məhsulun üzərində olan qiymət arasında ciddi şəkildə uyğunsuzluqlar var. Bundan başqa marketlərdə qiymətlər bəzən süni formada qaldırılır.

İCMAL.az


RƏYLƏR