DİQQƏT! Uşaqlarınıza STRESS ÇARXları almayın - GÖZ ÇIXARIR - TƏHLÜKƏ + VİDEO

OXUNUB: 1501 Seçilmiş Önəmli Özəl

Son zamanlar uşaqlar arasında yeni, anti-stress oyuncaqlara maraq artıb.

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, ən populyarı isə əl ilə fırladılan spinerlərdir.

Daha çox internet resurslarında reklam edilən və ölkə bazarına da ayaq açan spinerlərin satış qiyməti ölçüsündən, formasından, materialından asılı olaraq dəyişir. Valideynlərin çoxu bu oyuncaqları ziyansız və stresə qarşı müəyyən qədər xeyirli hesab etsə də mütəxəssislər başqa fikirdədirlər.

Səbinə Bayramova - Psixoloq: "Yeniyetmələr, xüsusu ilə də uşaqların əlində 1 saatdan çox davamlı məşğul olunursa o əşya ilə bu artıq asılılıq, aludəçilik halına gətirib çıxara bilər. Məktəbə gedən uşaqların, dərslərdən fikrini yayındırmağa səbəb ola biləcək bir əşyadır".

 

"Stress çarxları" 4-7 yaşda uşaqlar üçün daha çox zərərlidir. Çünki, bu oyuncaqların fırlanması uşaqların beyninin həm sağ, həm də sol yarımkürəsini eyni anda tam yükləyir, nəticədə beyində həddən artıq aktivlik yaranır və uşaq özünü çox yorğun hiss edir.

"Stress-çarxı"nı düzgün istifadə etmədikdə təhlükəli alətə də çevrilə bilər. Sosial şəbəkədə ana, oğlunun başına gələn hadisəni belə izah edib: "Çarxı çox sürətlə fırlatdığı üçün tuta bilmədi, gözünün kənarına dəyərək yaraladı". Başqa bir ana isə, qızının çarxın üzərində olan halqalardan birini səhvən udduğunu və boğulmaq təhlükəsi keçirtdiyini deyib.

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR