DYP Mingəçevirdə reyd keçirib, 30 sürücü cərimələnib - FOTO

OXUNUB: 599 SOSİAL

Mingəçevir Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində reyd keçirib.

Reydin keçirilməsində əsas məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub.

Reyd zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Həmçinin, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkar edilib. Reyddə 30 sürücü haqqında inzibati tədbir görülüb və avtomobillər cərimə meydançasına aparılıb.

Reydin əsas məqsədi yol hərəkəti iştirakçıları olan piyadaları marifləndirmək, baş verə biləcək qəzaların qarşısını almaqdan ibarət olub. Reydlərin mütəmadi şəkildə davam etdirilməsi nəzərədə tutulub./report


İcmal.Az

RƏYLƏR