Döyülərək çılpaq vəziyyətdə küçəyə atılan Yağmurun anası: "Əcəb eləmişəm"

OXUNUB: 806 SOSİAL
Döyülərək çılpaq vəziyyətdə küçəyə atılan Yağmurun anası baş verənlərdə özünü günahkar bilmədiyini deyib.

 Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan "Bizə danış” proqramına gətirilən Şahnaz (qeyd edək ki, hamı onu Lamiyə kimi tanıyır) ona qarşı irəli sürülən ittihamlardan özünü müdafiə edərkən bu sözləri işlədib:

"Uşağı anamın yanında qoyub iş dalınca getmişəm. Anama nifrət edirəm, çünki qardaşımla mənə də baxmayıb. Uşağımla kafeləri gəzməyəcəkdim. Mən uşağıma baxıram, baxmasaydım atardım. 4-5 yaşa mən gətirib çıxarmışam”.

Ekspertlər ona uşağına düzgün analıq etmədiyini irad tutduqda Şahnaz əsəbiləşib. Onun qınaqlara reaksiyası isə hər kəsi təəccübləndirib: "Yaxşı eləyib atmışam! Sonra nə sözünüz var? Əcəb eləmişəm”!/oxu.az
 
İcmal.Az

RƏYLƏR