Emil Hüseynli AZƏRTAC-ın 3 ölkə üzrə xüsusi müxbiri təyin edildi

OXUNUB: 976 SOSİAL
Azərbaycanın tanınmış jurnalisti Emil Hüseynli AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri təyin edilib.


İcmal.Az xəbər verir ki, 10 il Trend İnformasiya Agentliyinin Azərbaycan redaksiyasının rəhbəri və baş direktorunun müavini vəzifələrində çalışmış E.Hüseynli bu günlərdə AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Hüseynli  Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakultəsinin beynəlxalq jurnalistika bölməsini bitirib.

Olaylar, APA və Trend informasiya agentliklərində müxbir, baş direktorun müavini vəzifələrində çalışıb. E.Hüseynli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair "Sözün bitdiyi zaman”, "Vandalizm”, dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunan "25 ilin akkordları” sənədli filmlərinin müəllifidir.
 
İcmal.Az

RƏYLƏR