Ermənistandan Azərbaycana PUA hücumu – "Cavab sarsıdıcı olacaq"

OXUNUB: 750 SOSİAL

Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

İcmal.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaqdır.

İcmal.Az

RƏYLƏR