FETÖ terror şəbəkəsinin Azərbaycandakı əsas şirkəti bəlli oldu - “ANEL Group”

OXUNUB: 1454 index-manşet Özəl GÜNDƏM

Bu günlərdə redaksiyamıza maraqlıməlumat daxil olub. Məlumatda qeyd olunur ki, FETÖ terror şəbəkəsi gizlin də olsa ölkənin iqtisadi sektoruna sıçramağı, kök salmağı və təxribatlar etməyi bacarıb. Məlumatda qeyd olunur ki, "ANEL Group”da MEP Layihə Meneceri Murat İlkdoğan İstanbul Texniki Universitetinin məzunudur. Məlumata görə, Murat İlkdoğan və Atilla Canpolat (red. Bu şəxs haqqında növbəti yazımızda) Fətullah Gülən məktəbinin yetirmələridirlər. İlk baxışda onlar iş adamı, tender icraçıları kimi görünsələrdə, əslində, Türkiyənin rəsmən terrorçu elan etdiyi "Gülən camaatının” ən aktiv üzvləridirlər. Bildirilir ki, ilk öncə şəbəkə Azərbaycanda iri tender elanlarına çıxış tapır, sonra "ANELGroup”u tenderə subpodraçı kimi əlavə edir və beləliklə 1 milyonluq işi 200 minə icra edir, yerdə qalan vəsaiti isə Fətullah güləndən gələn tapşırıqların icrasına xərcləyirlər.

Sonda qeyd edək ki, 1986-cı ildə Rıdvan Çelikel tərəfindən qurulan "ANEL Group” Azərbaycanda Vergilər Nazirliyinin yeni inzibati binasında (MOT Tower) elektrik və mexaniki sistemlərinin inşasını həyata keçirib. TEKFEN-nin təklifi ilə subpodraçı kimi cəlb edilən işə FETÖ terror şəbəkəsinin fəal üzvləri Murat İlkdoğan və Atilla Canpolat rəhbərlik edir. Məlumatda o da qeyd olunub ki, binanın tikintisi zamanı bir sıra strateji qurğular yerinə quraşdırılmayıb. Bu da İqtisadiyyat naziri Mikayıl Cabbarova qarşı FETÖ şəbəkəsinin növbəti təxribatı kimi dəyərləndirilir. Araşdırma davam edir./xebertop



RƏYLƏR