Gənclər üçün Təhsil Mərkəzi “Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi” mövzusunda konfrans keçirib

OXUNUB: 57 DÜNYA MƏDƏNİYYƏT Səhiyyə HƏFTƏLİK İCMAL

Bakı. 29 aprel. / Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisi “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində Şirvan şəhərində “Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi” mövzusunda konfrans keçirib.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, UNİCEF-in Azərbaycandakı ofisi, Gənclər üçün Təhsil Mərkəzinin (GTM), Avropa İttifaqının, Azərbaycan hökumətinin birgə reallaşdırdığı layihənin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.

Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri Yusif Poladov iştirakçıları təşkilatın ölkədə uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsini gücləndirmək, regional QHT-lərin bacarıqlarının artırılması istiqamətində gördüyü işlər barədə məlumatlandırıb.

Mərkəzin hüquqşünası Kənan Əbdurəhmanov layihə çərçivəsində Şirvan şəhərində kommunikasiya strategiyasının fəaliyyət planının narkomaniya ilə mübarizə olduğunu qeyd edib.

Proqrama əsasən, iştirakçılara regionlarda uşaq hüquqları sahəsində fəaliyyət göstərən vəkillər və sosial işçilər üçün uşaqların cinayət, inzibati, mülki və ailə hüququ sahələrində ədliyyə sisteminə çıxışı, aidiyyəti dövlət orqanları tərəfindən uşaqların hüquq və mənafelərinin qorunması istiqamətində beynəlxalq təcrübə və digər mövzularda çıxışlar dinlənilib. Tədbirdə yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın üzvləri, Polis, Səhiyyə, Təhsil şöbəsinin əməkdaşları iştirak edib.

Sonda Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF-in təşkilatçılığı ilə britaniyalı jurnalist Qabrielle Menezesin hazırladığı, Azərbaycanda yuvenal ədliyyə islahatlarından bəhs edən “Həbsdən kənar” adlı sənədli filmi nümayiş olunub.

float: left; width: 100%;">

RƏYLƏR