Gənclər və İdman Nazirliyində üç yeni təyinat oldu

OXUNUB: 102 SOSİAL
Gənclər və İdman Nazirliyində yeni təyinatlar olub.

Nazirliyin mətbuat xidmətindən 7News.Az verilən məlumata görə, bununla bağlı nazir Fərid Qayıbov əmr imzalayıb.

Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edilib.

Elmir Mehdiyev Əsaslı tikinti və nəqliyyat sektorunun müdiri, Qabil Mehdiyev isə Mətbuat Xidmətinin rəhbəri vəzifələrinə təyin ediliblər.
 
7News.Az

RƏYLƏR