"Gənclərin sahibkarlıq modeli” layihəsi uğurla davam edir - FOTOLAR

OXUNUB: 163 SOSİAL
Azərbaycan Prezidenti Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənclərin sahibkarlıq modeli” layihəsi davam edir.
 
İcmal.Az xəbər verir ki, layihə çərçivəsində növbəti təlimlər baş tutub. 
 
Layihə çərçivəsində "Siğorta işində” gənclərin rolu və ya "Gənclərin məşgulluğu və İş dünyasının gələcəyi” adlı təlim keçirilib.
 
Tanınmış siğorta mütəxəssisi Nicat Əlibəyli gənclərə adıçəkilən mövzular haqda təlim keçib. Ekspert qeyd edib ki, hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünyagörüşünə malik gənclərin yetişdirilməsi, onların məşğulluğu hər bir ölkə və beynəlxalq təşkilatlar üçün başlıca məsələdir. Bütün dünyada gənclərin problemləri əsasən eynidir - məşğulluğ, işədüzəlmə, layiqli əmək, sosial müdafiə, istirahət, əyləncə, mənzilə sahib olma, təhsilin səviyyəsi və s. Ekspert gənclərə bu durumdan çıxış yolları haqda danışıb.
 
Növbəti təlimdə AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli çıxış edib. O "sosial şəbəkələr və video portallar qazanc mənbəyi rolunda” mövzusunda təlim keçib. Ekspert gənclərin sosial mediadan necə pul qazanmaq yolları haqda danışıb və gənclərə bunun yollarını göstərib. O qeyd edib ki, 21-ci əsr informasiya texnologiyaları əsridir və gənclər internetdən həm də iqtisadi maraqları naminə istifadə edə bilər.
 
Sosial media mütəxəssisi Əfsələddin Ağalarov isə gənclərə "Start up layihələr – biznes mənbəyi kimi” mövzusunda təlim keçib.
 
 
İcmal.Az
 

 

 

 

 

 

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}