General-polkovnik Aydın Əliyev indi hardadır?

OXUNUB: 112 GÜNDƏM MARAQLI
Bəzi mətbuat orqanlarında Dövlət Gömrük Komitəsinin sabiq rəisi, general-polkovnik Aydın Əliyevin adı hallanmaqdadır. Vəzifəsindən ayrılandan sonra ondan 3 ilə yaxındır heç bir xəbərin olmaması maraq doğurub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, general Aydın Əliyev bu qurumun rəhbərliyindən azad ediləndə təqaüdə çıxıb. O, hazırda pensiyada olan general kimi yüksək təqaüd alır.

Qeyri-rəsmi mənbələrdən əldə edilən məlumata görə, 64 yaşlı Aydın Əliyevin biznes obyektlərinin də olduğu və hazırda onların idarə edilməsini həyata keçirdiyi bildirilir.

Aydın Əli oğlu Əliyev - 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.

1980-1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışıb.

1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində işləyib.

1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsini tutub.

6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunub.

27 yanvar 2017-ci ildə ona gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib. 25 may 2017-ci ildə Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev "Şöhrət” ordeni ilə təltif edilib.

23 aprel 2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən azad ediliib. Ailəlidir, 2 övladı var.

Mənbə: Modern.az

RƏYLƏR