Google üçün böyük şok: Məhkəmə bu hökmü qüvvədə saxladı

OXUNUB: 416 Özəl GÜNDƏM Texnologiya DÜNYA
7NEWS.az xəbər verir ki, Fransada məhkəmə Rəqabət Qurumunun Google-a tətbiq etdiyi 150 milyon avro cəriməni qüvvədə saxlayıb. Şirkət reklamçılara "qaranlıq” qaydalar tətbiq etməklə bazardakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham olunurdu.
Fransa Rəqabət Qurumunun 2019-cu ildə internet nəhəngi Google-a axtarış sistemlərində reklam verənlər üçün rəqabəti pozduğu səbəbilə tətbiq etdiyi 150 milyon avroluq cəza qətiləşdi.
Paris Apellyasiya Məhkəməsi Google-a tətbiq edilən cəriməni qüvvədə saxlayıb.
7NEWS.az

RƏYLƏR