Prezident İlham Əliyev G.A.Rəsulovaya "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
İcmal.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Gülnar Akif qızı Rəsulovaya "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilsin.
İcmal.Az