Hacı Nuran Həsənağa Sadıqova kömək edəcək

OXUNUB: 613 SOSİAL
Xəbər verdiyimiz kimi, tanınmış sənətçi Həsənağa Sadıqov ağır xəstəlikdən əziyyət çəkir. 

İcmal.Az xəbər verir ki, bu barədə sənətkarın oğlu Elşən Sadıqov sosial şəbəkə hesabında payaşım edib. atasına kömək lazım olduğunu və yalnız xarici ölkədə müalicə oluna biləcəyini bidirib. Daha sonra aparıcı Hacı Nuran Hüseynov İnstaqram hesabında paylaşım edərək H.Sadıqova dəstək olacaqlarını söyləyib:

"Həyat fondu olaraq qərara gəldik ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən musiqi alətlərinin mahir ifaçısı kimi tanınan Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqova lazım olan yardımı edək. Siz xalqımıza lazımsınız. Sizə çox böyük ehtiyacımız var. Çox yaşayın. Allah şəfanızı versin”.
 

İcmal.Az

RƏYLƏR