Hərbi attaşelər və xarici KİV nümayəndələri Zəhranın həlak olduğu yerə baxış keçiriblər — FOTO

OXUNUB: 726 SOSİAL
Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər Füzuli rayonunun Alıxanlı kəndində olublar.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, onlar iyulun 4-də  Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin həlak olduğu yerə baxış keçiriblər.
 
Qeyd edək ki, TRT, "İhlas Haber Ajansı”, "MİR” Televiziyası, "Associated Press”, RİA "Novosti”, "Amerikanın Səsi", "İnterfax”, BBC və digər xarici KİV nümayəndələri, eləcə də, ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları da daxil olmaqla, 12 dövlətin 15 hərbi attaşesinin Alxanlıya səfəri təşkil olunub.
 
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
 
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

İcmal.Az
 
ecnebi jurnalistler ve herbi attaseler ermenilerin atesi neticesinde 2 yasli zehranin helak oldugu yere baxis keciribler

RƏYLƏR