İlham Əliyev tənqid etdiyi yerdə: “Adam baxanda dəhşətə gəlir”

OXUNUB: 607 index-manşet SİYASƏT

İki il əvvəl prezident İlham Əliyev "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna getmişdi.

İcmal.Az xəbər verir ki, həmin vaxt prezident qoruq ərazisindəki durumdan narazı qalaraq burada şəraitin dözülməz olduğunu bildirmişdi. 

Prezident qeyd etmişdi ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi ki,  bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

Bu ilin yanvarında keçirilən müşavirədə İ. Əliyev Yanardağdakı dəhşətli mənzərəni yenidən xatırlatmışdı: "Bizim tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox böyük işlər görülür. Deyə bilərəm ki, bu il böyük turist kütləsini cəlb edən Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən keçən il orada olarkən acınacaqlı mənzərədən dəhşətə gəldim. Mən Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişilməyib – həmin o dağılmış binalar, eybəcər budkalar. 

Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır? Sözün düzü, mənim oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni bir mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun şəkildə yenidən qurulacaq”.

"Yeni Sabah” bildirir ki, artıq Yanardağda təmir və yenidənqurma işləri başa çatıb və bu gün prezidentin yenidən qoruğu ziyarət etməsi nəzərdə tutulur.

İlham Əliyev tənqid etdiyi yerdə:
İlham Əliyev tənqid etdiyi yerdə:
İlham Əliyev tənqid etdiyi yerdə:

RƏYLƏR