İntihar edən Elgünün son statusu - “Ölüm arzusu ilə...”

OXUNUB: 982 SOSİAL

Bakıda baş verən intiharın bəzi detalları məlum olub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, özünü yaşadığı çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən atan 1987-ci il təvəllüdlü Əsədov Elgün Xalid oğlu SOCAR-da mühəndis vəzifəsində çalışıb. Feysbuk hesabındakı son paylaşımı "Ölüm arzusu ilə...” olub. Bu, hadisənin intihar faktı olması ehtimalını gücləndirib. 

Qeyd edək ki, mərhumun Əsəd adlı azyaşlı uşağı olub. 
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

İcmal.Az

 


RƏYLƏR