iOS 14 təqdim edildi - Apple hansı dəyişikliklərə gedib?

OXUNUB: 13217 Texnologiya DÜNYA

Texnologiya nəhəngi Apple iOS əməliyyat sisteminin yeni versiyası iOS 14-ü təqdim edib.

Türkiyə mətbuatı xəbər verir ki, ilk növbədə çoxsaylı tətbiq sayəsində qarmaşıq görünən ekran App Library ilə tarixə qovuşacaq. İstifadəçilərin tez-tez istifadə etdikləri tətbiqləri avtomatik kateqoriyalara ayıran funksiya daha sadə və şıq əsas səhifəyə sahib olmanızı təmin edəcək.

Sözügedən versiyada bir sıra Android funksiyaları da aktivləşdirilib. "Widget Gallery" bunlardan biridir. Xüsusiyyət sayəsində əsas səhifənin bölmələrinin ölçülərini spesifikləşdirmək mümkün olacaq.

Yeniliklərdən biri də "Picture in Picture"dir. Funksiya sayəsində video izləyərkən digər tətbiqlərə göz gəzdirə, eləcə də istənilən videonu ekranın istənilən hissəsinə sürüşdürə bilərsiniz.

iOS 14-dən qazanclı çıxan tətbiqlərdən biri də Siri-dir. Tamamilə yeni dizayn və yeni funksiyaların aktivləşdiriləcəyi deyilir. Tətbiq həm də arxa planda işləyə biləcək. Bu da lazımi suallara cavab axtardığınız zaman digər işlərinizdən ayrılmamağınıza kömək olacaq.

iOS 14-də Mesajlar bölməsi də unudulmayıb. Bir çox yeniliklərlə yanaşı, Mesajlar-da replika funksiyası işə salınıb.

 

 

7News.Az

RƏYLƏR