İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

OXUNUB: 38 SOSİAL

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük nəzarəti keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən İcmal.Az-a verilən məlumata görə, yoxlama zamanı idman çantasında, 4 ədəd plastik dərman qablarının içərisində ümumilikdə 599 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir və 599 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 23,96 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR