İraqın şimalındakı “referendum”u dəstəkləyən şöbə müdiri işdən çıxarıldı

OXUNUB: 560 SOSİAL

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev vəzifəsindən azad edilib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.

Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün "Facebook" profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti "Facebook"da və mətbuatda ciddi tənqid olunub.

İcmal.Az

RƏYLƏR