İsa Qəmbərin vəziyyəti ilə bağlı son məlumat

OXUNUB: 537 SOSİAL

İsa Qəmbərin vəziyyəti stabildir.

Bunu İcmal.Az-a Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov deyib.

Onun sözlərinə görə, İ.Qəmbər infarkt keçirdiyi üçün hələ həkim nəzarəti altında olmalıdır.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.

İcmal.Az

RƏYLƏR