İslamiada başlayandan təcili tibbi yardıma 66 müraciət daxil olub

OXUNUB: 279 SOSİAL
IV İslam Həmrəyliyi Oyunları başlanandan indiyədək kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 66 müraciət daxil olub.

İcmal.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, onlardan 24 şəxs xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, həmin şəxslərdən 22 nəfəri Klinik Tibbi Mərkəzə aparılıb, 3 nəfər konsultasiyadan sonra evə buraxılıb. Xəstəxanada olan şəxslər müalicədən sonra evə yazılıb: "Təcili yardıma müraciət edən 66 nəfərdən 18 nəfəri əcnəbidir və onlardan 11 xəstəxanaya aparılıb. Konsultasiya olunan 3 şəxs də əcnəbidir. 48 nəfər yerli iştirakçıya baxış olub və  onlardan 10 nəfəri hospitalizə edilib. İştirakçıların 22-si Mərkəzi Klinik Xəstəxanaya, digəri 2 nəfər idmançıların Bərpa Mərkəzinə yerləşdirilib. Diaqnozları baş ağrıları, hərarət, aritmiya və.s olub".
 
Nazirlik rəsmisi əlavə edib ki, hazırda Kliniki Tibbi Mərkəzdə cəmi bir nəfər var. Xəstəxanaya yerləşdirilənlərin hər birinə yüksək səviyyədə lazımi tibbi yardım göstərildiyini deyən S. Əhmədova qeyd edib ki, qalan 1 nəfər bu gün evə buraxılacaq.
 
İcmal.Az

RƏYLƏR