Komitə sədri: "200-dən çox ailə Cocuq Mərcanlıya qayıtmaq istəyir"

OXUNUB: 897 SOSİAL
"Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Respublikanın 17 şəhər və rayonlarında məskunlaşmış həmin ailələrdən 200-dən çoxu müraciət edərək, geriyə - öz evlərinə qayıtmaq istədiklərini bildiriblər".


İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bu fikirləri "Heydər Əliyevin ideyaları və dərin islahatlar strategiyası” adlı kitabında əks olunub. 

Ə. Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin tam həlli onların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bilavasitə bağlıdır. Onun sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən münaqişənin həlli uzanır: "Lakin məcburi köçkünlər gələcəyə inamla baxır, ümidlə yaşayırlar. 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun düşmənin təxribatına layiqli cavab verməsi, mühüm Lələ-Təpə yüksəkliyini qaytarması, torpaqlarımızı azad etməyə qadir olması bu inamı daha da artırıb. 1994-cü ilin yanvarın 6-dək davam edən uğurlu Horadiz əməliyyatı nəticəsində Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaratdı". 
 
İcmal.Az

RƏYLƏR