“Kommunal xərclərin artırılması Azərbaycanın inkişafına töhfə verəcək” - Rüfət Quliyev

OXUNUB: 529 SOSİAL
"Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək”

Bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək:

"Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkətinə, "Azəriqaz” və "Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək”.

R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakıda sakinlərin böyük əksəriyyəti "kombi” istilik sistemindən istifadə etmir: "Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.

pia.az
Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

RƏYLƏR