Tokioda keçirilən paralimpiya oyunlarına qatılmaq üçün Yaponiyaya yollanan və yarışlar öncəsi koronavirus testi pozitiv çıxan paracüdoçumuz Ramil Qasımov
7NEWS.az-ın bölgə müxbirinə səhəti ilə bağlı danışıb. Özünü yaxşı hiss etdiyini bildirən idmançımız təşkilat komitəsinə yenidən test vermək üçün müraciət etdiyini bildirib.
"Hazırda özümü yaxşı hiss edirəm. Açığı komanda da özünü ən yaxşı hiss edənlərdən biri mənəm. Düzdür testin cavabı pozitiv çıxıb və mən karantində olsam da hərarətim və ya digər xoşa gəlməz hallar yoxdur. Qısası çox yaxşıyam. Tələb etmişəm ki, məndən daha bir test götürülsün"- deyə R. Qasımov bildirib.
Xatırladaq ki, Ramil Qasımov 2016 cı ildə Rio de Janeiro da keçirilən paralimpiya oyunlarının qalibidir.