Koronavirusun daha bir növü ortaya çıxdı: Sürətlə yayılır

OXUNUB: 746 GÜNDƏM SOSİAL DÜNYA
Koronavirusun "Delta" variantından sonra yeni bir mutasiya növü ortaya çıxıb.

7News.Az Qərb mediasına  istinadən xəbər verir ki, "Delta" variantının yayılması ilə ölüm sayı gündən-günə artdığı bir vaxtda elm adamları yeni bir mutasiya aşkar ediblər.

Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutu araşdırma apararaq yeni bir koronavirus variantının aşkarlandığını açıqlayıb.

C.1.2 variantının hazırda insanların həyatını təhdid edən digər variantlara nisbətən daha sürətli olduğu bildirilib.

Cənubi Afrikadan başqa İngiltərə, Çin, Konqo Demokratik Respublikası, Yeni Zelandiya, Portuqaliya və İsveçrə kimi ölkələrdə də müşahidə edildiyi bildirilib.

Aşkar edilən C.1.2 variantının yarısından çoxunda 14 mutasiya olduğunu ifadə edən mütəxəssislər: "Bu variantın təsirini görmək üçün daha çox çalışmalıyıq. "Bu variantın Delta variantına qarşı dominant olub -olmayacağını görmək üçün araşdırmaları artırmalıyıq" fikrini söyləyiblər.
 
7News.Az

RƏYLƏR