Körfəz böhranı dərinləşir — İordaniya və Mavritaniya da Qətərə qarşı çıxdı

OXUNUB: 1165 DÜNYA SİYASƏT
Körfəz ölkələrinin Qətərlə diplomatik münasibətləri dayanırmasından sonra iki dövlət də bu blokadaya qoşulub.
 
"İCMAL.Az" xəbər verir ki, İordaniya Qətərlə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb. Mavritaniya isə diplomatik münasibətləri dayandırıb.
 
İordaniya Qətərin "Əl Cəzirə" telekanalının ofisini bağlayıb. Mavritaniya isə Qətərin mövcud siyasətini davam etdirməktə israr etdiyi üçün diplomatik münasibətləri dayandırıb.
 
Qətərlə diplomatik münasibətləri dayandıran ərəb ölkələri Qətərdəki vətəndaşlarını 48 saat ərzində vətənə qayıtmağa səsləyib. İordaniya hökumətinin mətbuat katibi isə "Əl Cəzirə" kanalının lisenziyasının da ləğv edildiyini açıqlayıb.

RƏYLƏR