Körpə basdırılan zaman dirildi - MÖCÜZƏ

OXUNUB: 592 MARAQLI
Hindistanda doğum evində həkim böyük səhvə yol verib. 

Valideynlərinə yeni doğulan oğlan uşağının öldüyünü deyən həkimlər, uşağı plastik qabda atasına veriblər. 
 

Dəfn mərasiminə hazırlıq gedərkən körpənin əmisi plastik qabdan səs gəldiyini eşidib. Qabı açarkən körpənin sağ olduğu müəyyən edilib. Körpəni xəstəxanaya çatdıran zaman məlum olub ki, uşaqda virus var və o, müalicə olunmalıdır. Körpənin valideynləri uşağa diaqnoz qoyan həkimlə əlaqə saxlamağa çalışsalar da, alınmayıb. Xəstəxanadan yalnız onu bildiriblər ki, həkimlər cəzalanacaq. /Sputnik Azərbaycan

İcmal.Az

RƏYLƏR