Məcburi köçkünlərə tibbi təlim keçirildi - FOTO

OXUNUB: 832 SOSİAL
Yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı təlimlər davam edir. 
 
"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi  "Məcburi Köçkünlər arasında yoluxucu xəstəliklərin profilaktikası” layihəsi çərçivəsində növbəti təlim 13 may  2017-ci il tarixdə Ağdam rayonu  Quzanlı qəsəbəsində yaşayan məcburi köçkünlər arasında keçirilib. 
 
Tədbiri giriş sözü ilə layihə rəhbəri doktor Xəlilov Fikrət açıb, layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, yoluxucu sürətlə yayılan və hər il milyonlarla insanın ölümünə səbəb olan bu xəstəliklər haqqında hamının biliklər əldə etməsi hazırkı vaxtda çox vacibdir. 

Layihənin həkim-eksperti Solmaz xanım Mirzəyevaya isə ayrı-ayrı xəstəliklər barədə söz açıb. O, vərəm, qazanılmış immun çatışmazlığı sindromu, Hepatit B və Hepatir C virusları haqqında ətraflı məlumatlar verib.
 
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, diskussiyalar aparılıb. /bakipost.az
 
İcmal.Az


RƏYLƏR